Joze Mourinyo Fredi “Benfika”ya aparır

29.01.26 | 15:50
Dünya futbolu

“Fənərbaxça”nın braziliyalı ulduzu Fred karyerasında yeni səhifə açmağa hazırlaşır. Portuqaliya təmsilçisi “Benfika” təcrübəli yarımmüdafiəçini heyətinə qatmaq üçün rəsmi addımlar atmağa başlayıb.

Komandanın baş məşqçisi Joze Mourinyonun şəxsi istəyi ilə transfer siyahısına daxil edilən Fred üçün “Benfika” rəhbərliyi hərəkətə keçib. Portuqaliyalı mütəxəssis keçmiş şagirdini (“Mançester Yunayted” dönəmində) yenidən öz komandasında görmək üçün danışıqlara başlamaq göstərişini verib.

Domeniko Tedeksonun rəhbərliyi altında qış transfer çalışmalarını sürətləndirən “Fənərbaxça”da bu xəbər sürprizlə qarşılanıb. Komandanın əsas fiqurlarından biri olan braziliyalının gedişi sarı-lacivərdlilərin planlarını dəyişə bilər.

Fredin xidmətində maraqlı olan tək tərəf Portuqaliya klubu deyil. Yunanıstanın “Olimpiakos” komandasının da 31 yaşlı futbolçu üçün mübarizəyə qoşulduğu bildirilir.

“Fənərbaxça” ilə sözləşməsi 2027-ci ilə qədər olan Fred cari mövsümdə 28 rəsmi matçda çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Paylaş:

Xəbər Lenti

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46