Saşa İliç: “Məğlub olsaq da, oyunumuzdan razı qaldım”

17.01.26 | 02:05
Ölkə futbolu

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Türkiyə toplanışının sonuncu yoldaşlıq matçında Xorvatiyanın “Osiyek” klubuna məğlubiyyəti (0:2) şərh edib. Baş məşqçi hesaba deyil, komandanın oyun keyfiyyətinə önəm verdiyini vurğulayıb: “Məğlubiyyətə baxmayaraq, hesab edirəm ki, bu gün əvvəlki matçlarla müqayisədə daha yaxşı çıxış etdik. Çoxsaylı qol epizodları yaratsaq da, təəssüf ki, onlardan istifadə edə bilmədik. Heyətimizdə mikrozədəsi olan futbolçular vardı. Qarşıdan gələn çempionat oyunlarını düşünərək onlara istirahət şansı verdik. Bir daha təkrar edirəm: yoldaşlıq görüşlərində nəticə mənim üçün əsas deyil”.

Mütəxəssis Türkiyə hazırlığının gənc futbolçular üçün əvəzsiz təcrübə olduğunu qeyd edib: “Bu gün təlim-məşq toplanışımızı yekunlaşdırırıq. Hesab edirəm ki, bu prosesdən ən çox gənc futbolçularımız bəhrələndi. Onların Avropa komandalarına qarşı oynamaq imkanı yarandı və ümid edirəm ki, bu təcrübə onların gələcək karyeralarında böyük rol oynayacaq“.

Xorvatiya mətbuatı: “Osiyek” ustalığı sayəsində qalib gəldi”

Xorvatiyanın aparıcı idman nəşrləri (Sportske NovostiGlas Slavonije) matçla bağlı maraqlı məqamlara toxunublar. Xorvat həmkarlarımızın təhlillərində “Osiyek”in oyunboyu topa nəzarət etdiyi və fərdi ustalıq sayəsində qələbə qazandığı bildirilir.

Məqalələrdə “Sumqayıt”ın intizamlı müdafiə qurmağa çalışdığı, lakin “Osiyek”in hücumçularının, xüsusilə Ramon Mierezin və gənc istedadların bu sədləri yarmaqda çətinlik çəkmədiyi vurğulanıb. Bundan əlavə, Xorvatiya mətbuatı serbiyalı Saşa İliçi futbolçu kimi yaxşı tanıdıqlarını qeyd edərək, onun rəhbərlik etdiyi komandaya qarşı oynamağın “Osiyek” üçün həm də maraqlı bir taktiki sınaq olduğunu yazıblar.

Paylaş:

Xəbər Lenti

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46