“Turan Tovuz” yarımmüdafiəçilərindən biri ilə vidalaşdığını elan edib. Tovuz təmsilçisi Veysəl Rzayevlə yollarını ayırıb. Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
V. Rzayev 2022/23 mövsümündən bəri “Turan Tovuz”un şərəfini qoruyub. O, bu müddət ərzində komandanın heyətində 79 oyun keçirib və 2 qol.