İngiltərə Premyer Liqasının bahalı rəmzi Komandası

13.12.25 | 22:34
Dünya futbolu


Məşhur Transfermarkt internet portalı Yeni il ərəfəsində İngiltərə Premyer Liqası futbolçularının bazar dəyərini yeniləyib. Bunun fonunda çempionatın ən bahalı oyunçularından ibarət rəmzi komandanı diqqətinizə çatdırırıq. “Arsenal”ın 4 oyunçusunun yer aldığı heyətin ümumi dəyəri 1,19 milyard avro təşkil edir.

Qapıçı
Premyer Liqanın ən bahalı qapıçısı – Canluici Donnarummadır (“Mançester Siti”, 45 milyon avro). İtalyan qolkiper Dumanlı Albionda İngiltərədə cəmi üç ay yarım vaxt keçirməsinə baxmayaraq, əla seyyvləri ilə özünü sübut etməyi bacarıb. O, sentyabrın əvvəlində PSJ-dən “Mançester Siti”yə keçib. Bu qısa müddətdə o, 17 oyun keçirib və bunlardan yeddisində qapısını toxunulmaz saxlayıb. İnamlı oyunu sayəsində qapıçı qısa müddətdə qiymətini 40-dan 45 milyon avroya qaldırıb.

Müdafiəçi
Müdafiəçilər siyahısında üç ad var – Yoşko Qvardiol (“Mançester Siti”, 70 milyon avro), Qabriel dos Santos (“Arsenal”, 75 milyon avro) və Vilyam Saliba (“Arsenal”, 90 milyon avro). Reytinqdə “topçular”ın iki oyunçusunun olması, londoluların cari mövsüm müdafiədəki oyunu fonunda tamamilə məntiqli görünür. Əminliklə demək olar ki, hazırda qitənin ən yaxşı müdafiəsi “Arsenal”dadır: Mikel Artetanın yetirmələri Premyer Liqanın 15 oyununda cəmi doqquz qol buraxıblar.

Orta sahə
Meydanın mərkəzində “Çelsi” və “Arsenal” bərabər sayda təmsil olunur: Moyses Kaysedo (“Çelsi”, 110 milyon avro), Deklan Rays (“Arsenal”, 120 milyon avro), Koul Palmer (“Çelsi”, 120 milyon avro) və Bukayo Saka (“Arsenal”, 130 milyon avro). Həmçinin reytinqdə yarımmüdafiəçi Florian Virts (“Liverpul”, 110 milyon avro) də yer alıb. Ümumilikdə bu futbolçular haqqında çox danışmağa ehtiyac yoxdur, çünki Virts istisna olmaqla, hamısı siyahıda layiqli şəkildə yer alıb. Onlar artıq neçə mövsümdür ki, öz səviyyələrini sübut edirlər. Virts isə “Bayer”dən “Liverpul”a keçdikdən sonra xeyli geriləyib və qiymətində bütöv 20 milyon avro itirib (əvvəl 130 milyon avro idi).

Hücumçu
Dekabr yenilənməsindən sonra Erlinq Haland (“Mançester Siti”, 200 milyon avro) dəyərinə görə yenidən Lamin Yamalla çatıb. İndi norveçli “Barselona”nın 18 yaşlı istedadı ilə birlikdə planetin ən bahalı futbolçusudur!
Ancaq Aleksandr İsakın (“Liverpul”, 120 milyon avro) ən bahalı oyunçular siyahısına düşməsi ədalətli görünmür. Bəli, o, “Nyukasl”da möhtəşəm idi, lakin bütün bu uzanan transfer saqası isveçlini ciddi şəkildə sarsıtdı: o, buraxılmış mövsümöncəsi hazırlıqdan sonra hələ də özünə gələ bilmir. Bir neçə ay ərzində İsak 20 milyon avro ucuzlaşsa da, yenə də dəyərinə görə ən yaxşılar sırasında qalıb.

Paylaş:

Xəbər Lenti

Füzuli Məmmədov: “Bu qələbə bizə gələcək üçün böyük ümid verir”

10.04.26 | 19:55

“Fənərbaxça”nın ulduzunun villasında 40 min dollar oğurlanıb

10.04.26 | 19:26

Azər Bağırov: “Mən gələndə xaos idi, indi isə sonuncu pillədə deyilik”

10.04.26 | 19:16

AFFA I və II liqa klublarını cərimələdi

10.04.26 | 17:12

Rüstəmlinin het-triki “Kəpəz”i şoka saldı

10.04.26 | 15:02

“İnter” Hakan transferində “Qalatasaray”ın yolunu kəsdi

10.04.26 | 15:20

Qvardiolanın milyonları və qızının sınıq telefonu

10.04.26 | 15:25

“Barselona” hakimi cəzalandırdı

10.04.26 | 09:04

Şaxtyor” yarımfinalın bir addımlığında: Arda Turanın taktiki qələbəsi

10.04.26 | 09:45

“Portu”nun bəxtsizliyi: Bir daban ötürməsi və hər şeyi dəyişən avtoqol.

10.04.26 | 02:48

“Barselona” – “Atletiko” oyununda qalmaqalı:Penalti, yoxsa hakim xətası?

09.04.26 | 23:20

Avropa çempionatı: Süleymanlı və Abasov itkisiz irəliləyir

09.04.26 | 23:05

“Sabah” qrup mərhələsini ikinci pillədə başa vurdu

09.04.26 | 23:58

Florentino Peresin yeni hədəfi Olisedir

09.04.26 | 20:01

Paris medalları yeniləndi: Maqomedovla Cəfərova yeni mükafatları təqdim olundu

09.04.26 | 17:43

Toral Bayramov “Qarabağ”ı tərk edir: Yeni ünvan hara olacaq?

09.04.26 | 17:13

Avropa çempionatı: Aydın Süleymanlı turnir cədvəlinə başçılıq edir

09.04.26 | 17:28

AFFA İK-dan daha bir qərarı: Klublar cərimələndi, baş məşqçi cəzalandı

09.04.26 | 17:27

AFFA-dan sərt qərarlar: “Turan-Tovuz”a ağır cərimə, “Zirə”yə xəbərdarlıq

09.04.26 | 17:40

Romariodan “xəyanət qolu”

09.04.26 | 07:43