“Sumqayıt” və “Kəpəz” 1/4 finalda

04.12.25 | 20:13
Ölkə futbolu

“Araz-Naxçıvan”dan daha bir böhran siqnalı

Bu axşam keçirilən daha iki oyunla ölkə kubokunun 1/4 finalına çıxan qalan iki komanda da məlum olub. “Sumqayıt”ın aşağı divizion klubu “Difai” üzərində asan qələbə qazanacağı gözlənilsə də, tam əksinə olub. Sumqayıtlılar üstünlüyə baxmayaraq yalnız son 15 dəqiqədə vəziyyəti dəyişə bilib. 84-cü dəqiqədə rəqibin azlıqda qalması ilə rahatlayan qonaqlar uzatmalarda daha bir qol vuraraq qələbəni təmin edib.

“Araz-Naxçıvan” isə “Kəpəz”in ciddi müqaviməti ilə üzləşdi. Oyunun əsas vaxtı qolsuz başa çatıb. Bununla belə hər iki tərəf qol vura bilərdi. Gəncə komandası azı 3 dəfə dirəyi titrətdi. Əlavə vaxtın bitməsinə 5 dəqiqə qalmış Ryonosuke Ohori baxımlı qolla “Kəpəz”i hesabda irəli çıxardı. Naxçıvanlıların praktiki olaraq oyunun taleyini dəyişməyə vaxtı qalmadı. Bununla da, ciddi eniş yaşayan Elmar Baxşıyevin komandası Kubok yarışlarından kənarda qaldı. Azər Bağırov isə gəlişindən sonra “Kəpəz”i yüksəlişə dartdığını bir daha göstərdi. Maraqlıdır ki, bu komandalar ölkə çempionatının növbəti turunda da üz-üzə gələcək.

Azərbaycan Kuboku, 1/8 final

“Araz-Naxçıvan” – “Kəpəz” 0:1 – əlavə vaxtda
Mərdəkan qəsəbəsi, “Liv Bona Dea Arena” stadionu
Baş hakim: Cavid Cəlilov
Qol: R. Ohori, 115.

“Diafi” – “Sumqayıt” 1:3
“Mehdi Hüseynzadə” adına Sumqayıt şəhər stadionu
Baş hakim: Nicat İsmayıllı
Qollar: K. Qardaşlı, 68 – R. Vaskes, 9; 75-p. A. Ramalinqom, 90+3.

1/4 finalda bu cütlər qarşılaşacaq.

“Şamaxı” – “Qarabağ”
“Sabah” – “Qəbələ”
“Turan-Tovuz” – “Kəpəz”
“Sumqayıt” – “Zirə”

Paylaş:

Xəbər Lenti

Füzuli Məmmədov: “Bu qələbə bizə gələcək üçün böyük ümid verir”

10.04.26 | 19:55

“Fənərbaxça”nın ulduzunun villasında 40 min dollar oğurlanıb

10.04.26 | 19:26

Azər Bağırov: “Mən gələndə xaos idi, indi isə sonuncu pillədə deyilik”

10.04.26 | 19:16

AFFA I və II liqa klublarını cərimələdi

10.04.26 | 17:12

Rüstəmlinin het-triki “Kəpəz”i şoka saldı

10.04.26 | 15:02

“İnter” Hakan transferində “Qalatasaray”ın yolunu kəsdi

10.04.26 | 15:20

Qvardiolanın milyonları və qızının sınıq telefonu

10.04.26 | 15:25

“Barselona” hakimi cəzalandırdı

10.04.26 | 09:04

Şaxtyor” yarımfinalın bir addımlığında: Arda Turanın taktiki qələbəsi

10.04.26 | 09:45

“Portu”nun bəxtsizliyi: Bir daban ötürməsi və hər şeyi dəyişən avtoqol.

10.04.26 | 02:48

“Barselona” – “Atletiko” oyununda qalmaqalı:Penalti, yoxsa hakim xətası?

09.04.26 | 23:20

Avropa çempionatı: Süleymanlı və Abasov itkisiz irəliləyir

09.04.26 | 23:05

“Sabah” qrup mərhələsini ikinci pillədə başa vurdu

09.04.26 | 23:58

Florentino Peresin yeni hədəfi Olisedir

09.04.26 | 20:01

Paris medalları yeniləndi: Maqomedovla Cəfərova yeni mükafatları təqdim olundu

09.04.26 | 17:43

Toral Bayramov “Qarabağ”ı tərk edir: Yeni ünvan hara olacaq?

09.04.26 | 17:13

Avropa çempionatı: Aydın Süleymanlı turnir cədvəlinə başçılıq edir

09.04.26 | 17:28

AFFA İK-dan daha bir qərarı: Klublar cərimələndi, baş məşqçi cəzalandı

09.04.26 | 17:27

AFFA-dan sərt qərarlar: “Turan-Tovuz”a ağır cərimə, “Zirə”yə xəbərdarlıq

09.04.26 | 17:40

Romariodan “xəyanət qolu”

09.04.26 | 07:43