Budapeştdə keçirilən boks üzrə gənclərin Avropa çempionatının dördüncü günü üç boksçumuz rinqə çıxıb. Yarımfinala vəsiqə uğurunda döyüşünə boksçularmızdan Sübhan Məmmədov (50 kq) və Səbuhi Əlizadə (+90 kq) qələbə qazanıb, Amin Məmmədzadə (55 kq) isə uduzub.
Xatırladaq ki, noyabrın 29-da başa çatacaq U-23 Avropa çempionatına ölkəmizin 11 boksçusu qatılıb və onların 7-si artıq turnirdə çıxışını başa vurub.