Azərbaycan Kuboku: intriqa, rekord, geridönüşlər, son dəqiqə qolları

09.10.25 | 16:50
Ölkə futbolu

Bu gün futbol üzrə Azərbaycan Kuboku start götürüb. Yeni kubok mövsümü I təsnifat mərhələsinin dörd oyunu ilə başlayıb. Bu mərhələdə ikinci liqa təmsilçiləri növbəti mərhələ uğrunda üz-üzə gəlib. Bu mərhələ Rövşən Şahmuradovun benefisi ilə yadda qalıb. “Qaradağ Lökbatan”ın hücumçusu “Ağdaş”ın qapısına dörd dəqiqəyə üç qol vurmaqla böyük ehtimalla Azərbaycan futbolunun ən sürətli het-trikini edib. Lökbatanlılar 76-cı dəqiqədən 9 nəfər qalan rəqibi darmadağın edib. Şəkili “ingilislər” gözlənilmədən çətin qələbə qazanıb. Komanda hesabda geri düşsə də son 3 dəqiqədə 2 qol vura bilib. İkinci dəstədə işləri yaxşı getməyən və 4 oyuna 4 məğlubiyyət alan “Ağstafa Gəncləri” ölkə kuboku yarışında azarkeşlərini sevindirib. Ağstafalılar minimal hesabla “Şirvan”a qalib gəlib.

“Dinamo” ilə oyunda “Kür-Araz”ın bəxti gətirməyib. İmişli komandası ilk yarının sonunda azlıqda qalsa da, ikinci hissənin əvvəlində daha bir qol vuraraq fərqi artırıb. Lakin “polislər”in təzyiqinə tab gətirə bilməyib və əsas vaxt 2:2 başa çatıb. “Dinamo” uzatmalarda daha bir qol vuraraq çətin qələbə rəsmiləşdirib.

Azərbaycan Kuboku, I təsnifat mərhələsi

“Sheki City” – “Araz Saatlı” 3:2
Qollar: Ü. Nağdalıyev, 46. C. İmamverdiyev, 87-p. S. Süleymanov, 89 – Y. Yusubov, 42. R. Əvəzov, 65-p.

“Qaradağ Lökbatan” – “Ağdaş” 8:0
Qollar: T. Zeynalov, 19-avtoqol. V.Hüseynov, 32. E.Əskərli, 45+1. R. Şahmuradov, 65; 67; 69. A. Məcidov, 86. S. Allahquliyev, 90.

“Dinamo” – “Kür-Araz” 3:2
Qollar: Ə. Səfərzadə, 57. Y. Qarayev, 72; 103 – E. Məmmədov, 5-p.; 49.

“Ağstafa Gəncləri” – “Şirvan” 1:0
Qol: E. Namazov, 49.

Sabah bu mərhələnin daha iki oyunu keçiriləcək:

“Göygöl” – “Şəmkir”

“Quba” – “Xankəndi”

Paylaş:

Xəbər Lenti

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46