Bakıda IRONMAN beynəlxalq triatlon yarışı keçiriləcək

01.10.25 | 18:46
Digər növlər

Azərbaycana yeni idman yarışları gəlir. Bu gün yeni beynəlxalq tədbirin – “IRONMAN 70.3 BAKU” triatlon yarışının təqdimat mərasimi keçirilib. Təqdim mərasimində Gənclər və İdman Naziri Fərid Qayıbov, Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə, “IRONMAN” Qrupunun EMEA üzrə rəhbərləri — vitse-prezident və baş direktor Tomas Veje Olsen, nümayəndə Alberto Garriga, regional direktor Henrik Brovell və MDB üzrə eksklüziv “IRONMAN” lisenziya sahibi Nurlan Abduov iştirak ediblər.

Yarışa qeydiyyat oktyabrın 23-dən start veriləcək. Yarış özü 2026-cı il sentyabrın 5–6-da Bakıda keçiriləcək. Yarışların proqramına “IRONMAN 70.3” triatlonu, “Fun Run” 5 km qaçışı və “IRONKIDS” uşaq yarışı təşkil olunacaq.

Triatlon yarışının mərhələləri aşağıdakı kimi olacaq:

Üzgüçülük – 1,9 km (Xəzər dənizində tək dövrə)
Velosiped – 90 km (2 dövrə)
Qaçış – 21,1 km yarımmarafon (3 dövrə)

Bundan əlavə, 2026-cı il sentyabrın 4–6-da sakinlər və turistlər üçün geniş əyləncə proqramı, həmçinin “IRONMAN EXPO” zonası təşkil olunacaq. Burada ziyarətçilər rəsmi IRONMAN məhsulları və müxtəlif idman ləvazimatları əldə edə biləcəklər.

Paylaş:

Xəbər Lenti

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46