Füzuli Məmmədov: “Bu qələbə bizə gələcək üçün böyük ümid verir”

10.04.26 | 19:55
Ölkə futbolu

Premyer Liqanın 27-ci turunda səfərdə “Kəpəz” üzərində parlaq qələbə qazanan (1:4) “Karvan-Yevlax”ın baş məşqçisi Füzuli Məmmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli mütəxəssis komandasının psixoloji vəziyyəti, Rauf Rüstəmlinin performansı və çempionatdakı gələcək hədəfləri barədə maraqlı fikirlər səsləndirib.

Son turlardakı uğursuzluqdan sonra komandanı bərpa etməyin çətinliyini vurğulayan Məmmədov, rəhbərliyin dəstəyini xüsusi qeyd edib: “Son məğlubiyyətdən sonra futbolçuları bu matça kökləmək asan deyildi, kollektivdə ciddi psixoloji gərginlik hiss olunurdu. Lakin həm rəhbərlik, həm də məşqçilər korpusu oyunçuların yanında oldu. Bilirdik ki, bizi “Kəpəz” kimi güclü heyətə malik rəqiblə ağır sınaq gözləyir. Futbolçularım bu gün meydanda bütün güclərini, ürəklərini qoydular. Hesab daha böyük də ola bilərdi. 4:1-lik qələbəyə rəğmən, oyunun gərgin keçdiyini deyə bilərəm. Bu çətinliyin öhdəsindən gələn uşaqları təbrik edirəm”.

Baş məşqçi erkən qolların oyunun gedişatına birbaşa təsir etdiyini bildirib. Xüsusilə Rauf Rüstəmlinin dublu komandaya inam gətirib: “Erkən qollar rəqibi sarsıtdı, bizə isə stimul verdi. Hesab 2:1 olanda qələbəni əldən vermək qorxusu yaransa da, vurduğumuz üçüncü qol matçın taleyini faktiki olaraq həll etdi. Rauf hər zaman əsas heyətə layiq olan və əzmkar futbolçudur. Son iki turda oynamamasının tək səbəbi rəqabət idi. Biz ədalətli olub digər oyunçulara da şans verməliyik. Bu gün Rauf öz səviyyəsini bir daha sübut etdi”.

Komandanın indiyə qədər niyə istənilən nəticəni qazana bilməməsinə toxunan baş məşqçi, potensialın yüksək olduğunu müdafiə edib: “Bəzən xırda səhvlərdən qollar buraxırıq və bu da komandada ani ruh düşkünlüyü yaradır. Elə oyunlarımız olub ki, təmiz qollarımız sayılmayıb və ya gözlənilməz anlarda qapımızda top görmüşük. Halbuki, komandamın potensialına bələdəm; biz bir çox rəqiblərlə nəinki başa-baş, hətta onlardan üstün futbol oynamaq gücündəyik”.

Mövsümün sonuna 6 tur qalmış “Qəbələ” ilə aradakı 8 xallıq fərqə münasibət bildirən Füzuli Məmmədov nikbinliyini qoruyub: “Mən hər zaman inanmışam və bu gün də inanıram. Qarşıda hələ 6 tur var və biz hər oyuna yalnız qələbə üçün çıxacağıq. Azarkeşlərimiz daha çoxuna layiqdirlər. Sona qədər mübarizə aparacağıq və inanıram ki, bizi qarşıda daha böyük qələbələr gözləyir”.

Paylaş:

Xəbər Lenti

“Sofascore” son nöqtəni qoydu: Ronaldonun qollarını kim “oğurlayır”?

11.04.26 | 12:35

“Qəbələ”ninın ispan legioneri zədələndi

11.04.26 | 12:46

Füzuli Məmmədov: “Bu qələbə bizə gələcək üçün böyük ümid verir”

10.04.26 | 19:55

“Fənərbaxça”nın ulduzunun villasında 40 min dollar oğurlanıb

10.04.26 | 19:26

Azər Bağırov: “Mən gələndə xaos idi, indi isə sonuncu pillədə deyilik”

10.04.26 | 19:16

AFFA I və II liqa klublarını cərimələdi

10.04.26 | 17:12

Rüstəmlinin het-triki “Kəpəz”i şoka saldı

10.04.26 | 15:02

“İnter” Hakan transferində “Qalatasaray”ın yolunu kəsdi

10.04.26 | 15:20

Qvardiolanın milyonları və qızının sınıq telefonu

10.04.26 | 15:25

“Barselona” hakimi cəzalandırdı

10.04.26 | 09:04

Şaxtyor” yarımfinalın bir addımlığında: Arda Turanın taktiki qələbəsi

10.04.26 | 09:45

“Portu”nun bəxtsizliyi: Bir daban ötürməsi və hər şeyi dəyişən avtoqol.

10.04.26 | 02:48

“Barselona” – “Atletiko” oyununda qalmaqalı:Penalti, yoxsa hakim xətası?

09.04.26 | 23:20

Avropa çempionatı: Süleymanlı və Abasov itkisiz irəliləyir

09.04.26 | 23:05

“Sabah” qrup mərhələsini ikinci pillədə başa vurdu

09.04.26 | 23:58

Florentino Peresin yeni hədəfi Olisedir

09.04.26 | 20:01

Paris medalları yeniləndi: Maqomedovla Cəfərova yeni mükafatları təqdim olundu

09.04.26 | 17:43

Toral Bayramov “Qarabağ”ı tərk edir: Yeni ünvan hara olacaq?

09.04.26 | 17:13

Avropa çempionatı: Aydın Süleymanlı turnir cədvəlinə başçılıq edir

09.04.26 | 17:28

AFFA İK-dan daha bir qərarı: Klublar cərimələndi, baş məşqçi cəzalandı

09.04.26 | 17:27