“Sabah” basketbol klubunun U-18 komandası Yeniyetmələrin Çempionlar Liqasında (YÇL) qrup mərhələsini başa vurub. B qrupunda qərarlaşan “gənc bayquşlar” turnir cədvəlini ikinci pillədə tamamlayıblar.
Turnirin reqlamentə əsasən, qrup ikincisi olan təmsilçimiz turnirdə 5-8-ci yerlər uğrunda parketə çıxacaq. Komandamızın bu mərhələdəki rəqibi Bosniya və Herseqovinanın “Borats” klubu olacaq. Görüşün start fiti sabah saat 19:30-da səslənəcək.
Xatırladaq ki, “Sabah” qrup oyunları çərçivəsində iki fərqli nəticə göstərib. İlk oyunda oyunda “İqokea” ya (Bosniya) uduazan (58:88) yeniyetmələrmiz növbəti matçda “Porşe BBA Lüdviqsburq”u (Almaniya) məğlub (72:61) edib.
Qeyd edək ki, Yeniyetmələrin Çempionlar Liqasının bütün qarşılaşmaları Bosniya və Herseqovinanın Laktaşi şəhərində keçirilir.